Elektron ticarət platforması kiçik və orta biznesin iri korparasiyalarla rəqabət aparmaq qabiliyyətlərini daha da genişləndiribu gün internetdən aktiv istifadə edənkiçik müəssislər bu formadan istifadə etməyən müəssisələrlə müqaisədə 46% daha çoxdur.
Bunu Bakıda keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu” nda çıxış edən Mərkəzi bankın sədr müavini Alim Quliyev deyib
Alim Quliyev bildirib ki, "Ağıllı texnologiyaların tətbiq olunduğu iqtisadiyyatlar yüksək rəqabət qabiliyyəti,yeni maliyyə infrastrukturu və məmnunluq kimi xüsusiyyətlərə malik olur. Ağıllı texnologiyalar tətbi ilə iqtisadiyyatın bütün sahələri sürətlə elektronlaşır. Sürətli inkişafın nəticəsi olaraq elektron ticarət cəmiyyətin ayrılmaz hissəsini təşkil edir. Belə texnologiyaların geniş tətbiq edildiyi elektron ticarət maliyyə , real sektor və reteil kimi müxtəlif sferalarda effektiv əlaqələndirən mexanizmə çevrilmişdir"
Daha sonra o qeyd edib ki, "Elektron ticarət platforması kiçik və orta biznesin iri korparasiyalarla rəqabət aparmaq qabiliyyətlərini daha da genişləndirilib.Bu gün internetdən aktiv istifadə edənkiçik müəssislər bu formadan istifadə etməyən müəssisələrlə müqaisədə 46% daha çoxdur"
Müəllif:Aynur Qəniyeva