31 Oktyabr

Azərbaycanda fəaliyyət göstərən bank 20 milyon manata yaxın zərər açıqladı

"Bank Melli İran" Bakı filialı 2019-cu ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 19 milyon 315 min manat zərər ilə başa vurub. 3-cü rübdə (iyul-sentyabr) Bankın zərəri 2 milyon 400 min manat da artıb. Filial cari ilin 6 ayını 16 milyon 905 min manat zərər ilə bağlamışdı.

"Bank Melli İran" Bakı filialı 2018-ci ilin 9 ayını 1 milyon 800 min manat xalis mənfəət ilə başa vurmuşdu.

Fins.az Bankın rüblük maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Bank Melli İran" Bakı filialının zərərinin əsas səbəbi bu ili ehtiyatların yaradılmasına 21 milyon 5 min manat ayrılmasıdır. Kredit və depozit itkiləri Bankı zərərə salıb.

2019-cu ilin 9 ayında "Bank Melli İran" Bakı filialının cəmi gəlirləri 2 milyon 833 min manat, ehtiyatların yaradılması xərci xaric cəmi xərclər isə 1 milyon 150 min manat təşkil edib.