31 Oktyabr

Mərkəzi bank rəsmisi bankların elekron ticarət ekosisteminə qoşulması barədə

Azərbaycanda bankların elekron ticarət ekosisteminə qoşulması və sahibkarların etibarlı tərəfdaşlarına çevrilməsi rəqəmsal biznes imkalarının genişləndirilməsi baxımından çox vacibdir.

Fins.az xəbər verir ki, Mərkəzi bankın sədt müavini Alim quliyev bu sözləri Bakıda keçirilən 2-ci “Bakı Elektron Ticarət Forumu” nda çıxış edərkən deyib

O bildirib ki, "Banklar biznes müştərilərinin elektron ticarət əməliyyatlarının yerinə yetirən funksiyadan daha çox maliyyə tərəfadaşı , təhlükəsizlik təçkilatçısı və ümumiyyətlə etibarlı məsləhətçi rolunu oynamalıdırlar. İqtisadi subyektlər arasında nağdsiz dövriyyənin artırılması, əhalidə nəğdsiz ödəniş vərdişlərinin formalaşması üçün elektron ticarət mühüm əhəmiyyət kəsb edir.

Daha sonra Alim Quliyev bildirib ki, Elektron ticarətin inkişafı ilə nağdsiz ödənişlərin inkişafı müsbət kordinasiya təşkil edir.Təsadüfi deyil ki, elektron ticarəti yüksək inkişaf etmiş ölkələrdə nəğdsiz ödənişlərin həcmi həmişə yüksək olub.

Müəllif:Aynur Qəniyeva