“NBC Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 112 min manat xalis mənfəətlə başa vurub.
Fins.az xəbər verir ki, “NBC Bank” ASC maliyyə hesabatını açıqlayıb
Bu, ötən ilin eyni dövrünə nisbətən 96,2% və yaxud 26,05 dəfə azdır. 9 ay ərzində “NBC Bank”ın gəlirləri 17,018 milyon manat (illik müqayisədə 8,7% çox), xərcləri 17,924 milyon manat (35,5% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,017 milyon manat (2,1 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “NBC Bank”ın aktivləri 304,814 milyon manat olub ki, bu da illik müqayisədə 13,3% çoxdur. Bunun 222,203 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 18,3% böyüyüb.
Hesabat dövründə “NBC Bank”ın öhdəlikləri 17,8% artaraq 246,505 milyon manata, o cümlədən depozit portfeli 22,5% artaraq 123,264 milyon manata çatıb, balans kapitalı isə 2,2% azalaraq 58,31 milyon manata düşüb.