Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Kiber təhlükəsizlik: kritik risklər” adlı təlim keçirilib.
Fins.az xəbər verir ki, təlimdə 20 bankın biznes yönümlü rəhbər şəxsləri iştirak edib.Təlim kibertəhlükəsizliklə bağlı trendləri, informasiya təhlükəsizliyi standartları və informasiya təhlükəsizliyi texnologiyaları ilə bağlı mövzuları əhatə edib.
Qeyd edək ki, 16 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya arasında qarşılıqlı əməkdaşlığa dair imzalanmışdır. Memorandumda göstərilən əsas əməkdaşlıq istiqamətlərindən biri də bank əməkdaşları üçün təlimlərin təşkili ilə əlaqədardır.