31 Oktyabr

Dollar ucuzlaşır

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma davam edir.

Fins.az xəbər verir ki, bunun bir səbəbi ABŞ-dan fundamental göstəricilərin mənfi açıqlanması fonunda Amerika Mərkəzi Bankının faiz azaldılması ehtimallarıdır. Digər səbəb isə İngiltərə höküməti ilə Avropa Birliyi arasında Breksit sazişinin razılaşdırılması fonunda EUR/USD və GBP/USD məzənnələrinin bahalaşmasıdır.