Beynəlxalq valyuta birjalarında son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edildi. Buna səbəb ABŞ-dan fundamental göstəricilərin mənfi açıqlanması fonunda Amerika Mərkəzi Bankının faiz azaldılması ehtimallarıdır.
Lakin bu, cari vəziyyətdə müvəqqəti qiymətləndirilir, çünki ümumilikdə Amerika iqtisadiyyatına və dollara olan tələb daha güclüdür. Xüsusilə də son günlər Çin, Avropa və digər inkişaf etmiş iqtisadiyyatlarla bağlı fundamental məlumatların da mənfi açıqlanması şəraitində.