Ölkəmizdə vətəndaş bank münasibətlərində təbii ki, müəyyən problemli məqamlar mövcuddur. Bu sahədə cəmiyyətdə banklara, xüsusilə də özəl banklara olan inamın aşağı səviyyədə olmasıdır. Keçid dövründə yaranıb bağlanan banklar və digər bu sahədə baş verən mənfi proseslər insanların banklara etibarını sarsıtdı. Qeyd etmək lazımdır ki, əhalinin banklara inamı devolvasiyadan sonra tam geri qayıtmayıb. İnsanlar istər-istəməz məzənnənin dəyişəcəyini gözlədikləri üçün banklardan kredit almağa yaxud əmanət yerləşdirməyə maraqlı deyillər. Devolvasiyanın bankların fəaliyyətinə mənfi təsirlərindən biri də ölkədə mövcud olan bankların müflis elan olunması və bağlanması oldu.Ləğv olunan banklarda əmanəti olan vətəndaşlar təbii ki, vəsaitlərini itirmək təhlükəsi ilə üz-üzə qaldılar. Həmin əmanətlərin sığortalanan hissəsinin vətəndaşlara geri ödənilməsi də vətəndaşların banklara olan inamını artırmadı.Özəl bankların vətəndaşlara təklif etdiyi kreditlərin yüksək faizli olması təbii ki, cəmiyyətdə banklara olan etibarın faizini aşağı salır. Devolvasiya zamanı banklara kredit borcu olan vətəndaşlara yüksək faizlərin hesablanması və güzəştə getməməsi ,kredit ödənişləri ilə bağlı geniş vüsət alana məhkəmə prosesləri vətəndaş bank münasibətlərinə təbii ki, zərbə vuran əsas amillərdən biri oldu. Əhalinin maliyyə savadlılığı nisbətən yüksək olan təbəqəsi banklara depozit qoyaraq vəsaitlərini banlarda saxlamağa üstünlük versə də cəmiyyətdə banklara qarşı inamsızlıq hələ də hökm sürür. Müsbət hallardan bir də ondan ibarətdir ki, devolvasiyadan sonrakı müddətdə 2019-cu ilin açıqlanan maliyyə göstəricilərinə görə, əhalinin banklara manatla yerləşdirdiyi depozitlərin həcmində nəzrəçarpacaq səviyyədə müsbət irəliləyiş qeydə alınmışdır. 2019-cu ilin iyul ayında fiziki şəxslərin əmanətləri 8 milyard 471.6 milyon manat təşkil edib. İyul ayında müddətli əmanətlər 0.4% -19.9 milyon manat artaraq 5 milyard 357.4 milyon manat təşkil edib. Milli valyutada olan əmanətlərin həcmi 2.5 % artaraq 58.7 milyon manat olub .
Hüquqi şəxslərin cəmi depozitləri iyul ayında 3.7% yəni 375.7 milyon manat artaraq 10 milyard 573.2 milyon manata çatıb. Ay ərzində müddətli depozitlər 257.6 milyon manat 11.4% artaraq 2 milyard 510.8 milyon manat təşkil edib. Milli valyutada olan depozitlər 6.9% - 274 milyon manat artaraq 4, milyard 246.3 milyon manata çatıb. Bunu əhalinin milli valyutaya eyni zamanda banklara olan inamının nisbətən artması kimi qiymətləndirmək olar.
Dünyada inkişaf edən nağdsız hesablaşmaların ölkəmiz üçün də aktuallaşması və digər iqtisadi proseslər banklarala vətəndaşlar arasında qarşılıqlı etibarlılığın artmasını zəruri edir. Artıq ölkəmizdə işlənib hazırlanan “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”-ında məsaəfən bank hhesablarının açılması ilə bağlı müəyyən dəyişikliklər edilərək təstiq olunub. Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi qaydalarda müştəri banka yaxınlaşmadan debet və kredit hesabı aça kredit kartı əldə edə bilər. Bu təbii ki, vətəndaşların bankla təmasını azaltmaqla yanaşı bank vətəndaş münasibətləri ilə bağlı ümumi etibarlılıq tələb edən prosesdir. Bu etibarlılığın təmin olunması müəyyən inzibati prosedurlarla tənzimlənsə də banklardan əhalinin banklara inamının artırılması üçün insanların maliyyə savadlılığınin artırılmasını eyni zamanda maliyyə ,bank sektorunda vətəndaşın rahatlığı üçün nəzərdə tutulan xidmət və məhsulların geniş təbliğatını və əlçatanlılığını artırmağı tələb edir.
Müəllif:Aynur Qəniyeva