Ağakərim Məlikaslanovun “AtaBank”ın İdarə Heyətinin sədrinə müavin təyin ediləcəyi gözlənilir.
Fins.az xəbər verir ki, onun təyinatı atestasiya mərhələsindədir."Bankın Müşahidə Şurası Ağakərim Məlikaslanovu İdarə Heyətinin sədrinə müavin təqdim edib. O, Palatada atestasiyadan keçdikdən sonra vəzifəsinə təsdiq ediləcəkdir",- adının açıqlanmasını istəməyən mənbə bildirib.Ağakərim Məlikaslanov dünəndən “Ata Bank”da fəaliyyətə başlayıb.
Ağakərim Məlikaslanovun Mərkəzi Bankda rəhbər vəzifədə olan şəxsin qohumu olduğu bildirilir.