31 Oktyabr

Funt sterlinq son 3 ayın ən yüksək həddində BAHALAŞIB

İngiltərə AB-nin zirvə toplantısında nəzərdən keçirilə biləcək təklif hazırlamağa tələsir. Boris Consonun Breksit sövdələşməsini təmin etmək cəhdlərindən sonra GBP/USD cütlüyü son 3 ayın maksimumlarını test etdi.

Keçən həftə sonu iki tərəf nümayəndələri arasında müzakirələr başlayıb. Avropa Birliyi (AB) danışıqların həllinin hələ uzaq olduğunu xəbərdar etdi. Bu isə funtun dollar qarşısında korrektiv eniş etməsinə səbəb oldu. Bu gün danışıqlar Brüsseldə davam edəcəkdir.

Avropa Birliyinin cümə axşamı və cümə günü baş tutacaq zirvə toplantısına kimi London ilə Brüssel arasında razılaşmaya nail olunacağı isə məlum deyildir. Tərəflər cümə axşamı AB liderlərinin sammitində nəzərdən keçirilə biləcək hər hansı bir təklif hazırlamağa tələsirlər.

Foreks bazarında funtun kəskin şəkildə ucuzlaşması müşaidə olunur və təbii ki yaxın günlərdə Breksit ilə bağlı açıqlanacaq hər hansı xəbər funta öz təsirini kəskin şəkildə göstərə bilər.

Hal-hazırda 1.2545 dollara ticarət edilən GBP/USD məzənnəsi 1.2560 səviyyəsini yuxarı istiqamətində qırıb, üzərində möhkəmləndiyi halda bahalaşma 1.2695 dollara kimi davam edə bilər.

Əks halda, 1.2517 səviyyəsinin qırılması, korrektiv enişin davam etməsinə səbəb ola bilər.