31 Oktyabr

Dollar - Lirə cütlüyündə artım trendi DAVAM EDİR

USD/TRY valyuta cütlüyü üzrə təhlillər onu göstərir ki, qiymətlər 5.90TL-nin üzərində möhkəmlənərsə, 5.93 və 5.99TL-yə doğru hərəkət davam edə bilər.

USD/TRY valyuta cütlüyündə keçən həftə Türkiyənin Suriya istiqamətində başlatdığı hərəkatla artan geosiyasi risklər və ABŞ prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatına sanksiyaların tətbiqi üçün hər an hazır olduğu açıqlamalarından sonra yüksəliş davam edir.

Təhlillər onu göstərir ki, qiymətlər 5.90TL-nin üzərində möhkəmlənərsə, yenidən yuxarı doğru hərəkət davam edə bilər. H4 zaman intervalında yaranan mövcud durum qiymətlərin yenidən 5.93429 səviyyəsini test edəcəyini siqnal verir. Əgər qiymət bu həddi qırarsa ,növbəti qırıla biləcək hədəf 5.98546-dır.

Əks halda, 5.90 səviyyəsindən aşağı doğru hərəkət edərsə, növbəti kəsilə biləcəlk hədəflər 5.87793 və 5.84770 səviyyələridir