2019-cu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin aktivləri 17,5% - 9 mlrd. 321,336 mln. manatadək artıb.Fins.az xəbər verir ki, bu barədə Bankın yayımladığı hesabatda məlumat verilir.
Məlumatda bildilir ki,sentyabrın sonuna bankın öhdəlikləri 15.6% artaraq 7 mlrd. 829,995 mln. manata bərabər olub.Bu dövr ərzində "Beynəlxalq Bank"ı-ın depozitlərinin həcmi 25,3% artaraq 5 mlrd. 461,198 mln. manat təşkil edib.
2019-cu ilin ilin yanvar-sentyabr aylarında bankın kredit portfeli 2018-ci ilin eyni dövrü ilə müqaisədə 16,9% arataraq - 2 mlrd. 247,125 mln. manat olub.
30 sentyabr 2019-cu il tarixinə bankın kapitalı 16,5% artaraq 1 mlrd. 491,341 min manat təşkil edib. ASC-nin nizamnamə kapitalı 1 mlrd. 241,287 mln. manata bərabər olub.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə "Beynəlxalq bank" 322,987 mln. manat xalis mənfəət əldə edib.