Ayrı-ayrı şirkətlər baha olmayan xarici maliyyə mənbələrinin istifadəsi müştərilərə daha cəlbedici bank xidmətləri təklif etməyə imkan verir və bu da biznesin daha uğurlu və səmərəli aparılmasına kömək edir.
Bank Respublika xarici banklar tərəfindən açılmış kredit xətlərinin hesabına müştərilərə ticarət əməliyyatlarının maliyyələşdirilməsini təklif edir.Şirkətin xarici dövlətlərən ödənişlərinin təhlükəsiz və zəmanətli olması üçün akreditivlər və zəmanət xidmətindən istifadə etdikdə, mal alana əvvəlcədən pul vəsaiti ayırmağa və ya mal satanın hesabına avans köçürmək zərurət olmur.Bunun əvəzində mal alana xidmət göstərən bankın (“emitent bank”) buraxdığı akkreditiv və ya zəmanətin əsasında mal satan malı göndərir və müvafiq sənədləri öz bankına (“bank-benefisiar”) təqdim edir. Bu bank ödəniş edir və sənədləri emitent banka göndərir. Emitent-bank sənədləri aldıqdan sonra bank-benefisiarla hesablaşır və malı alandan ödənilmiş məbləği alır. Nəticədə həm mal satan, həm də malı alan qazanır.
Bank Respublika korporativ müştərilərə xarici ticarət üzrə aşağıdakı sənədli əməliyyatları təklif edir:
- sənədli akkreditiv
- beynəlxalq bank zəmanətləri
- rezerv (stand-by) akkreditivlər
- sənədli inkasso