Unibank təqaüdçülər üçün sərfəli kampaniya elan edir.
Fins.az xəbər verir ki bu barədə "Unibank"-dan məlumat verilib. Məlumatda bildirilir ki, aylıq gəliri 100 manatdan çox olan təqaüdçülərə oktyabrın 25-nə kimi
zaminsiz və 0% komissiya ilə nağd kredit veriləcək.
Qeyd edək ki, Azərbaycanın 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilib.