AFB Bank, bu dəfə xüsusi endirimli “Müəllim” kampaniyasına start verib.
Fins.az xəbər verir ki,Bu barədə "AFB Bank"-dan məlumat verilib.
Məlumatda bildilir ki, 5 Oktyabr Beynəlxalq müəllimlər gününə həsr edilmiş kampaniya 23 sentyabr-15 oktyabr tarixlərini əhatə edəcək.AFB Bankın “Müəllim” kampaniyasından dövlət və özəl ali təhsil müəssisələrində, eləcə də orta məktəbdə çalışan bütün müəlimlər yararlana bilər. Kampaniya rəsmi əmək haqqı kartı AFB Bank-da olan və olmayan bütün müəllimlərə şamil edilir. Kreditlər komissiyasız və 2% endirimlə rəsmiləşdiriləcək.
“Müəllim” kampaniyasından ən azı 6 ay davamlı iş təcrübəsi olan vətəndaşlar yararlana bilərlər. İllik 18%-dən başlayan kreditin maksimum müddəti 48 aydır. Kampaniya çərçivəsində kredit qismində təqdim ediləcək maksimal məbləğ 15 000 manatdır.
Müəllif:Aynur Qəniyeva