31 Oktyabr

Bəhruz Nağıyev:"Türkiyədəki törəmə bankımıza bir o qədər də təsir etməyib"

"Türkiyədəki törəmə bankımıza bir o qədər də təsir etməyib"

Fins.az xəbər verir ki, bunu Bankın baş maliyyə inzibatçısı Bəhruz Nağıyev deyib

O,"Paşa Bank" Türkiyə iqtisadiyyatındakı qeyri-sabitliyin bankın fəaliyyətinə də təsir etdiyini qeyd edib: "Bilirsiniz ki, Türkiyədəki məzənnədə olan volatilik baş verir. Türk lirəsi 37 qəpikdən 29 qəpiyə qədər ucuzlaşıb. Amma ümumilikdə bu bizim Türkiyədəki törəmə bankımıza bir o qədər də təsir etməyib".

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.