"PAŞA Bank" ASC nizamnamə kapitalını artırmağı planlaşdırır. Fins.az xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Bəhruz Nağıyev məlumat verib.
Onun sözlərinə görə, bu məsələnin gələn il reallaşdırılması nəzərdə tutulub. Bununla belə, "PAŞA Bank" rəsmisi artımın nə qədər olacağını açıqlamayıb.