31 Oktyabr

“Azərbaycan Sənaye Bankı”nın səhmdarlarının yığıncağı keçiriləcək -SƏBƏB

Noyabrın 1-i saat 15:00-da “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Fins.az xəbər verir ki, toplantı şirkətin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 3 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə ASB-nin kənar auditorunun seçilməsi və digər məsələlər daxildir.