31 Oktyabr

Azərbaycan və Özbəkistan bankları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Daşkənddə Türk Şurasının üzvü olan ölkələrin investisiya və biznes-forumu çərçivəsində Özbəkistandakı “Aqrobank”ın idarə heyətinin sədri Rustam Mamatkulovla Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev arasında görüş olub.

Fins.az xəbər verir ki, görüşdə iki ölkə bankları arasında əlaqələrin yaradılması və inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı Azərbaycan banklarının və şirkətlərinin Özbəkistan banklarında hesablarının açılması, valyuta köçürmələri, müxtəlif istiqamətlərdə kreditlərin alınması və digər məsələlər müzakirə edilib.

Qərara alınıb ki, bu istiqamətdə danışıqlar davam etdirilsin.