31 Oktyabr

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac

Oktyabrın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50302576S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən fins.az-a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 96.9681 AZN (6.70 faiz) və 97.3647 AZN (5.80 faiz) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 117 milyon 325 min AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97.2145 AZN (6.14 faiz), orta ölçülmüş qiyməti 97.2514 AZN (6.06 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar gələn il martın 23-də ödəniləcək.