“Expressbank” ASC-nin Pərakəndə bankçılıq departamentinin direktor müavini Fərid Salahov işdən ayrılıb
Fins.az xəbər verir ki, o bu barədə facebook sosial şəbəkəsindəki hesabında məlumat verib.
Məlumatda o bildirib ki, "İki il tamam olur ki, mən Expressbank komandasındayam. Burada mən çox maraqlı insanlarla tanış oldum, hətta bəziləri ilə də dostlaşdım. Uğurlarımız az olmadı, böyük işlər görduk! Burada yaradılmış dəyərlər mənə çox yaxın, doğma oldu. Lakin, təəssüf ki, Expressbank ailəsindən bu gün ayrılmalı oluram"
Qeyd edək ki, 2018-ci ilin noyabr ayında “Expressbank” ASC Biznes bankçılıq və Pərakəndə bankçılıq departamentləri yaradılıb. Deportamentə direktor Yaşar Kərimov , müavin isə Fərid Salahov təyin edilmişdi.
Müəllif:Aynur Qəniyeva