Maliyyə bazarlarında avro və dollar məzənnəsinə nəzər yetirdikdə, qlobal trendin eniş istiqamətində olduğunu müşahidə edirik. Bu da Avropadan açıqlanan iqtisadi xəbərlərin mənfi olması və eyni zamanda, Avropa və İngiltərə arasında olan Breksit danışıqlarının yekun razılıqa gələ bilməməsinə görədir. Bunlar avronu təzyiq altında saxlamaqda davam edir.
Lakin son günlər ABŞ-la bağlı xəbərlərin ("ADP", "PMI") mənfi açıqlanması, dolların avro qarşısında ucuzlaşmasına təsir edir. Bu isə EUR USD məzənnəsinə müsbət təsir edir və hazırda investorların avroya olan tələbin artması ilə müşahidə olunur.
Qiymətlər 1.096 dollar üzərində möhkəmləndikcə, 1.09850- 1.10200 qiymətlərinə kimi bahalaşması proqnozlaşdırılır.
Əks halda, qiymətlər yenidən 1.094 dollar hədəfini aşağı istiqamətdə qırsa, o zaman növbəti görə biləcəyi hədəfləri 1,09000 və 1,08500 qiymətləridir.