31 Oktyabr

Palata: "“Bizə yazın” pəncərəsi, daimi olaraq müraciətlərin qəbulu üçün aktivdir"

“Bizə yazın” pəncərəsi, daimi olaraq müraciətlərin qəbulu üçün aktivdir.

Fins.az-ın məlumatına görə Maliyyə Bazralarına Nəzarət Palatasının sentyabr ayında quruma daxil olan müraciətlər barədə hesabatında yer alıb.

Hesabatada bildilir ki, 2019 cu ilin sentyabr ayı ərzində ictimaiyyətə MBNP-nin öhdəliyindən irəli gələn məsələlərin icra statusu, təmsil olunduğu müxtəlif yerli və beynəlxalq tədbirləri, hesabatları və digər yenilikləri özündə əks etdirən 18 press-reliz açıqlanıb.

Bununla yanaşı ictimaiyyətlə operativ kommunikasiyanın təmin edilməsi məqsədilə Palatada bir neçə müraciət kanalı fəaliyyət göstərir. Bu müraciət kanallarına www.fimsa.az rəsmi internet səhifəmizdə aktiv olan “Bizə yazın” pəncərəsi, daimi olaraq müraciətlərin qəbulu və qeydiyyatı üçün yaradılan [email protected] elektron poçt ünvanı, müraciətlərin əyani qaydada təqdim olunması üçün Palatanın inzibati binasında yerləşdirilmiş müraciət qutusu, 966 Çağrı Mərkəzi, o cümlədən sosial şəbəkələrimiz aiddir.

Qeyd edək ki, sentyabr ayı ərzində Palataya Çağrı Mərkəzi vasitəsi ilə 2500-ə qədər, elektron və kağız daşıyıcılarında 4000, sosial şəbəkələr üzərindən 260-dan çox sual daxil olub. İnformasiya agentlikləri, xəbər portalları, televiziya, radio və digər media kanalları vasitəsilə rəsmi və işçi qaydada daxil olmuş 50-dən çox sorğu operativ şəkildə cavablandırılıb.

Həmçinin Palata fəaliyyəti barədə məlumatların daha böyük miqyasda və daha geniş auditoriyaya çatdırılması məqsədilə Facebook, Youtube, Twitter, Linkedin kimi sosial media kanallarında aktiv təmsil olunur, rəsmi internet səhifə vasitəsilə ictimaiyyətə açıqlanan və Palatanın fəaliyyəti ilə bağlı digər zəruri məlumatlar, mövcud olan vakansiyalar sosial şəbəkələrdə yerləşdirilir, bu kanallar vasitəsilə müraciətlərin operativ şəkildə cavablandırılması təmin edilir. Qeyd edək ki, sentyabr ayı ərzində Palatanın Instagram səhifəsi də hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Hesabatda bildirilir ki, sentyabr ayı ərzində sosial şəbəkələrdə ümumilikdə görülən işləri özündə əks etdirən 100-dən çox status və tvit paylaşılıb, Palata ilə bağlı süjetlərin, müxtəlif proqram və verilişlərin, eləcə də maarifləndirici çarxların, animasiya filmlərinin paylaşıldığı Youtube kanalında 30-a yaxın video yerləşdirilib.

Bunlarla yanaşı kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin və kommunikasiyanın daha səmərəli və effektiv olmasını təmin etmək üçün Palata tərəfindən müvafiq tədbirlər də təşkil olunur.

Müəllif:Aynur Qəniyeva