31 Oktyabr

Bu Fondunun nümayəndələri Koreyada təhsil proqramında iştirak ediblər

Əmanətlərin Sığortalanması Fondu beynəlxalq təşkilatlar ilə əməkdaşlığı genişləndirir

Fins.az xəbər verir ki, bu barədə fonndan məlumat verilib

Məklumatda bildilir ki, əmanətlərin Sığortalanması Fondunun nümayəndələri 2019-cu ilin sentyabr ayı ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər. Fondun nümayəndələri 18-20 sentyabr 2019-cu il tarixlərində Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyasının (İADİ) Asiya-Sakit Okean Regional Komitəsinin Koreya Respublikasının Seul şəhərində təşkil etdiyi Təhsil proqramında iştirak ediblər. Səfər çərçivəsində iqtisadi böhran və böhrandan çıxış yolları, maliyyə sabitliyinin qorunması, əmanətlərin sığortalanması sisteminin maliyyə sabitliyinə tövhəsi, bu sahədə informasiya texnologiyaları sistemində yeniliklər müzakirə edilib.

Müəllif:Aynur Qəniyeva