31 Oktyabr

Azərbaycanda ödəniş kartlarının sayı AÇIQLANIB

Hazırda ölkəmizdə ödəniş kartlarının ümumi sayı 7,1 milyondan çoxdur.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat açıqlayıb

Məlumatda bildilir ki, bu göstərici, hər 100 vətəndaş üçün 71 kart deməkdir və Azərbaycan bu göstəriciyə görə Cənubi Qafqazda liderdir.

Qeyd edək ki, son 10 ildə Azərbaycanda bankomatların sayı 62 faiz, POS-terminalların sayı isə 7,5 dəfə artıb. Kartlarla nağdsız ödənişlərin xüsusi çəkisi son 5 ildə 4 faizdən 20 faizədək yüksəlib və ya 5 dəfə artıb.