31 Oktyabr

Fiziki şəxslərin banklardakı müddətli əmanətləri necə dəyişib ?

2019-cu ilin avqust ayında fiziki şəxslərin əmanətləri 8,456.9 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib.

Məlumatda bildilir ki, ay ərzində fiziki şəxslərin müddətli əmanətləri 79.7 mln. manat - 1.5% artıb. Sözügedən göstərici 31 avqust 2019-cu il tarixinə 5,437.1 mln. manat olub. Qeyd edək ki, əvvəlki ayla müqayisədə fiziki şəxslərin xarici valyutada müddətli əmanətləri 24.8 mln. manat yəni 0.8%, milli valyutada isə 54.9 mln. manat yəni 2,3% artıb.

Müəllif:Aynur Qəniyeva