31 Oktyabr

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyuluşu olub?- MƏBLƏĞ

Bu ilin sentyabr ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13.526,4 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Maliyyə Bazrlarına Nəzarət palatası məlumat yayımlayıb.

Məlumatda bildilir ki, bu göstərici son bir ayda 184,1 milyon ABŞ dolları və ya 1,4 faizə yaxın artıb. Cari ilin əvvəli ilə müqayisədə kredit qoyuluşlarının həcmi 898,1 milyon manat və ya 7,1 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1.620,9 milyon manat və ya 13,6 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı, əsasən, istehlak kreditlərinin çoxalması hesabına baş verib.

Müəllif:Aynur Qəniyeva