Faiz dərəcəsinin endirilməsi müəyyən dərəcədə transmissiya mexanizmi işləməyə başlayıb.
Fins.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Elman Rüstəmov deyib. Onun sözlərinə görə, bütünlüklə, istehlak kreditlərini nəzərə almayaraq, biznes kreditlərin verilməsi faiz dərəcəsinin ətrafında formalaşır. "Əhalinin əmanətləri üzrə faiz dərəcələri də bizim faiz dərəcələri dəhlizində formalaşmaqdadır. O cümlədən dövlət qiymətli kağızları, mərkəzi bankin notları və depozitləri üzrə faiz dərəcələri də məhz bu uçot dərəcəsinin ətrafında formalaşmaqda davam edir",- deyə E. Rüstəmov qeyd edib. Bankın sədri əlavə edib ki, burada həlledici irəliləyişə o zaman nail olunacaq ki, infyasiyanin hədəflənməsi rejimi layihəsi reallaşdırılacaq və i zaman bankın faiz dərəcələri həm kredit həm depozit faiz dərəcələri, həm maliyyə bazarlarında olan faiz dərəcələrinə inflyasiya birbaşa hədəflənməsi rejimi vasitəsilə həll edici təsir göstərməyə nail olacağıq",- deyə E. Rüstəmov qeyd edib.