31 Oktyabr

Bankların xarici valyutada olan aktivlərin həcmi AÇIQLANIB

Bu ilin 31 avqust tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərin 45,7%-ni xarici valyutada olan aktivlər təşkil edib.

Fins.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə bankların cəmi aktivləri 30 269,1 mln. manat, cəmi öhdəlikləri isə 25 655,5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 613,6 mln. manat olub.

Müəllif:Aynur Qəniyeva