31 Oktyabr

Azərbaycan banklarının aktivləri 7,6% artıb

Bu ilin 31 avqust tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 30 269,1 mln. manat, cəmi öhdəlikləri isə 25 655,5 mln. manat təşkil edib. Sektorun balans kapitalı 4 613,6 mln. manat olub.

Fins.az-ın Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bank sektorunun aktivləri 7,6%, öhdəlikləri 2,2 dəfə, sektorun balans kapitalı isə 14% artıb.