31 Oktyabr

Samsung kiçik piksellərlə yeni kamerasını təqdim etdi

Samsung Çin smartfonlarına quraşdırılan 64 Mp görüntü sensorunu istehsal edir, üstəlik, Koreya şirkəti 108 Mp ötürücü yaradıb ki, o bu günlərdə Mi Mix Alpha smartfonunda debüt edib.

Fins.az TED.az-a istinadən xəbər verir ki, indi Koreya şirkəti pikselinin ölçüsü 0,7 mikrometr olan ISOCELL Slim GH1 sensorunu işləyib hazırlayıb.

Yeni sensorun göstəricisi 43,7 Mp təşkil edir və bu, gələcəkdə smartfonlarda istifadə ediləcək kiçik sensor üçün çox yüksəkdir.

İSOCELL Slim GH1 smartfonların ön tərəfində quraşdırılacaq. Hal-hazırda şirkət 0,8 mkm piksel ölçülü 32 Mp ön tərəf sensorunu təqdim edir.

İSOCELL Slim GH1-i ilk olaraq kimin əldə edəcəyi hələ məlum deyil, lakin çox güman ki, bu, Çin cihazı olacaq, çünki Samsung istehsal etdiyi məhsulları öz smartfonlarında tətbiqə tələsmir.

İSOCELL Slim GH1-in istehsalı ilin sonunda başlayacaq və ilk qurğular 2020-ci ilin birinci rübündə görünəcək.