Azərbaycandda fəaliyyə göstərən bankların yalnız 19-u “ASAN Finans”-a inteqrasiya edib.
Fins.az-ın məlumatına görə,bu barədə “ASAN Finans”-dan məlumat verilib.
Məlumatda bildilri ki, hazırda “ASAN Finans”-a 30 qurum inteqrasiya olunub. Onların arasında xidmətə inteqrasiya olunmuş banklar aşağıdakılardır
Express bank
Kapital Bank
Paşa bank
Premium bank
Access bank
AG bank
Azərbaycan Beynəlxalq Bankı
Bank Avrasiya
Bank Respublika
Xalq bank
Nikoyl Bank
Rabita Bank
Unibank
Azerturk Bank
Bank of baku
Bank BTB
Turan bank
Mugan bank
NBC Bank
Qeyd edək ki, Vətəndaşlar “ASAN Finans”-a birbaşa müraciət etmirlər. Vətəndaşlar xidmət almaq üçün maliyyə qurumlarına müraciət etdikdə, ASAN Finans sisteminə inteqrasiya olunmuş maliyə qurumu vətəndaşa aid məlumatları onun razılığı ilə sistem üzərindən əldə edir. Bununla da, həmin maliyyə qurumunun vətəndaşa göstərdiyi xidmət daha rahat və operativ təşkil edilir, hər iki tərəfin vaxtına və resurslarına qənaət edilmiş olur. “ASAN Finans” layihəsi kağız daşıyıcılarının istifadəsini minimuma endirir.
Müəllif:Aynur Qəniyeva