31 Oktyabr

“ASAN Finans” -dan banklar neçə faiz istifadə edir ?

“ASAN Finans” sisteminə inteqrasiya olunmuş qurumlar arasında sistemin imkanlarından 87% banklar istifadə edir.

Fins.az-ın məlumatına görə bu barədə “ASAN Finans” -dan məlumat verilib.

Məlumatda bildilir ki, hazırda “ASAN Finans” sisteminə inteqrasiya olunmuş qurumlar arasında sistemin imkanlarından istifadə etmə nisbətinə görə banklar üstünlük təşkil edir – 87%. Dövlət qurumları – 9%, bank olmayan kredit təşkilatlarının istifadə payı isə - 4%dir.

Müəllif:Aynur Qəniyeva