31 Oktyabr

Anar Həsənov: "Bankın depozit portfelinin həcmi 674 milyon manat təşkil edib"

2019-cu ilin yanvar - avqust ayları ərzində AccessBank-ın depozit porteli 166 milyon manat artıb.

Bunu Almaniya - Azərbaycan biznes forumunda çıxışı zamanı AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

Sədr qeyd edib ki, ötən ilin müvafiq dövrü ərzində artım 72 milyon manat təşkil etmişdi. "Tendensiyaya diqqət yetirsək görərik ki, yeni açılan depozitlərin mütləq əksəriyyəti - 164 milyon manatı milli valyutanın payına düşüb", - deyə bank rəhbəri xüsusilə vurğulayıb. Cənab Həsənov onu da bildirib ki, avqustun sonuna bankın depozit portfelinin həcmi 674 milyon manat təşkil edib.