31 Oktyabr

Jalə Hacıyeva: “Agent bankçılıqla bağlı qanun yoxdur”

“Agent bankçılıqla bağlı qanun layihəsi yoxdur”

Fins.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Mikromaliyyə Assosiasiyası nın sədri Jalə Hacıyeva səsləndirib.

Assosiasiya sədri bildirib ki, “Ölkəmizdə agent bankçılıqla bağlı qanun layihəsi yoxdur.Təkliflərimizdən biri , agent bankçılıqla bağlı qanun qəbul edilən zaman BOKT-ların da fəaliyyət növü ilə məşğul olmasına icazə verilməsidir”.

“Bank olmayan kredit təşkilatları haqqında” qanuna ediləcək dəyişikliklərlə bağlı açıqlama verən Jalə Hacıyeva qeyd edib ki, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun qəbul olunmasında Maliyyə Bazarlarına Nəzarət Palatası da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) da maraqlıdır.Qanuna təklif etdiyimiz dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, BOKT-lar ölkəmizdə qeyri neft sektorunun,mikro və kiçik sahibkarlığın inkişafına xidmət etsin.Maliyyə sektoru real sektora dəstək vermək üçün öz məhsullarını formalaşdırır.Bu da qanun layihəsində də təbii ki, bütün bu müddüəlar nəzərə alınmasını istəyirik.

Müəllif:Aynur Qəniyeva