31 Oktyabr

İbrahim Alışovdan Qırğızıstan hökümətindən daxil olan müraciətlə bağlı AÇIQLAMA

Qırğızıstan hökuməti tərəfindən Azərbaycanda fəaliyyət göstərən daşınan əmlakın yüklülüyü üzrə Dövlət reyestri xidmətinin bu ölkədə tətbiqi ilə bağlı müraciət daxil olunub.

Fins az-ın məlumatına görə bunu İFC Azərbaycan və orta Asiya Maliyyə infrastrukturu layihəsinin bitməsinə həsr olunan tədbirdə çıxış edərkən Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyyətinin sədri İbrahim Alışov deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən il yarım zaman fəaliyyət göstərən bu xidməti artıq Gürcüstanın nəzarət orqanı tərəfindən öyrənilib.

"Bu bizə əsas verir ki, Azərbaycan artıq karbohidrogen ehtiyatlarının, enerji daşıyıcılarının ixracatçısılarından maliyyə xidmətlərinin ixracatcisina çevrilib",- deyə İ. Alışov qeyd edib.