31 Oktyabr

Bu BOKT-lar ötən ili zərərlə başa vurub

2017-2018-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş və illik maliyyə hesabatını açıqlamış 36 BOKT-dan 11-i ötən ili zərərlə başa vurub.

Bunlar "International", "Omni Finance", "Kredex", "Falcon Finance", "Regional", "Finance Invest", "Caspian Invest", "TCF", "PSG Finans", "Viza Kredit" və "Para"dır. (Xalis) zərərin ən yüksək həddi "Para"da (1,439 milyon manat), ən aşağı həddi isə "International"da (14 min manat) qeydə alınıb.

Qalan 25 BOKT isə ötən ildən mənfəətlə çıxıb. Bu baxımdan ən yüksək göstərici "TBC Kredit"də (1,883 milyon manat), ən aşağı göstərici isə "Pro Kredit"də (0,001 milyon manat) qeydə alınıb.

6 BOKT - "Asel Kredit", "City Finance", "Ecofinance", "Fintrend", "Gold Finance" və "Union Kredit" hesabat verməyib, 3 BOKT - "Aset Maliyyə Texnologiyaları", "Birkart" və "MJ Financial Services" isə mikromaliyyə bazarına 2019-cu ildə daxil olub.

(c)renkinq