31 Oktyabr

AccessBank Azərbaycan Kredit Bürosuna ən çox sorğu göndərən banklardan biridir

Bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan və Orta Asiya Maliyyə İnfrastrukturu layihəsinin bitməsinə həsr olunan tədbirdə bildirib. Onun sözlərinə görə, bu, AccessBank-ın kreditləşməyə konservativ yanaşmasından irəli gəlir. "Ortalama olaraq AccessBank AKB-yə ay ərzində 17000-dən çox sorğu göndərir. Bu ilin yanvar-avqust ayları ərzində 140000-dən çox sorğu göndərmişik", - deyə bankir bildirib. Bank rəhbəri onu da qeyd edib ki, müştərilərin AKB-də yoxlanılması AccessBank-ın kredit risklərinin əhəmiyyətli dərəcədə endirilməsinə səbəb olur və müştərilərin kredit borclanmasının qarşısını almağa imkan yaradır.