Fins.az xəbər verir ki, bu sözləri IFC-nin İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti Hans Piter Lanks bildirmişdir "2009-cu ildən etibarən məhz bu layihə çərçivəsində Azərbaycanda 18 yeni qanun və ya mövcud olan qanunlara dəyişikliklər edilmişdir ki,borc almaq və vermək təcrübəsi daha asan baş tutsun.Bu istiqamətdə əsas məsələ məhz məlumat mübadiləsi idi" Qeyd edək ki, Bu gün IFC, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq çərçivəsində son on il ərzində həyata keçirilmiş “Azərbaycan və Orta Asiyada maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri” layihəsinin nəticələrini təqdim etmişdir