Fins.az xəbər verir ki, bu sözləri IFC-nin İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti Hans Piter Lanks bildirmişdir
“Azərbaycan və Şərqi Avropada banklar nisbtən kiçik sahibkarlıq subyektlərinə kreditin verilməsinin maliyyə baxımından yaxşı əsaslandırılmasını görə bilirlər, lakin bu sahədə potensial tam istifadə edilməyib” deyə Hans Piter Lanks, IFC-nin İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti bildirmişdir.
“Burada başlıca məsələ, həmin əməliyyatları əminliklə həyata keçirmək üçün banklara şərait yaradacaq maliyyə infrastrukturunu (məsələn kredit bürolarını) yaratmaqdan ibarətdir. Azərbaycanda özəl sektorun inkişafına təkan vermək istiqamətində yardım göstərmək imkanına malik olduğumuzdan məmnunuq”.