Nümayəndələr Palatasının sədri Nancy Pelosi ABŞ Prezidenti Donald Trampın impiçmenti (vəzifəsindən kənarlaşdırılması) üçün rəsmi müraciət etdiklərini açıqlaması və Trampın sosial media platformalarına qarşı Birləşmiş Millətlər Təşkilatında (BMT) etdiyi neqativ çıxış qlobal bazarlarda satışlara səbəb olub
Fins.az xəbər verir ki, yekunda, Dow Jones indeksi 0,53 faiz düşərək 26807,77 bənd, SP 500 indeksi 0.84 faiz düşərək 2966,60 bənd, Nasdaq indeksi 1.46 faiz düşərək 7993,63 bənd olub.
Həmçinin Trampın FAANG (Facebook, Alphabet, Amazon, Netflix, Google) səhmlərinə qarşı, "sosial media platformalarının çox böyüdüyünü, hədsiz güc qazandığını və bunu yanlış istifadə etdiklərini" ehtiva edən ifadələri Nasdaq İndeksində sərtsatışlara səbəb olub.
İndekslərə ən çox təsiri, ABŞ Nümayəndələr Palatasının sədri Nancy Pelosinin, Prezident Donald Trampın vəzifəsindən çıxarılması üçün rəsmi təşəbbüs göstərdiklərini açıqlaması göstərib.
Trampın Ukrayna Prezidenti Vladimir Zelenskiy ilə iyulda telefon danışığı zamanı rəqibi Demokrat Co Baydenin araşdırılmasını istədiyini etiraf etdiyini bildirən Pelosi, "Trampın hərəkətləri milli təhlükəsizliyimizə zərbə endirir",- deyib.