Ləğv prosesində olan "Bank Standard" QSC üzrə qaytarılan kreditlərin həcmi 70 mln. manatı üstələyir.
Bu barədə ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin növbəti iclasında çıxış edən Komitə sədrinin müavini, Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF – Azerbaijan Deposit Insurance Fund) icraçı direktorunun müavini, icraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Vüqar Abdullayev deyib.
Onun sözlərinə görə, əlavə olaraq balansda 60 mln. manatdan yuxarı əmlak mövcuddur.
(C) APA