24 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106018754 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 93.7555 AZN (11.0000%) və 100.6527 AZN (8.2499%) olan 17 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.2604 AZN (8.4000%), orta ölçülmüş qiyməti 100.4610 AZN (8.3231%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42 milyon 529 min 500 manat, yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 20.09.2022-ci il.
Hərrac iştirakçıları 25 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.