Maliyyə bazarlarında keçən həftə Türkiyənin pərakəndə satış və işsizlik səviyyəsi ilə bağlı göstəricilərin proqnozların altında dərc edilməsi, Türk lirəsinin aparıcı valyutalar qarşısında ucuzlaşmasına səbəb olmuşdur.
Lakin bu həftə bahalaşan Türk lirəsi, hazırda ABŞ dolları qarşısında 5.68 səviyyələrində ticarət olunur. Son günlər ABŞ-dan bəzi göstəricilərin mənfi açıqlanması, Lirənin dollar qarşısında tədricən güclənməsinə səbəb olmuşdur.
Hazırda USD/TRY maliyyə alətinin qiyməti 5.68 həddlərində ticarət olunur. Qiymətin 5.70tl səviyyələrinin altında ticarət olunması, maliyyə cütlüyünün daha da ucuzlaşaraq 5.66tl və 5.64tl səviyyələrini görməsinə səbəb ola bilər.