31 Oktyabr

Vüsal Qasımlı: "Əhalinin manata və banklara etimadı artmaqda davam edir"

"Göründüyü kimi, əhalinin manata və banklara etimadı artmaqda davam edir."

Fins.az-ın məlumatına görə,bu sözləri Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlara dair siyasət müzakirəsi keçirilib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasət müzakirəsi zamanı mərkəzin rəhbəri Vüsal Qasımlı deyib.

Vüsal Qasımlı bildirib ki, “1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7,5 milyon tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması və manatın sabitliyi şəraitində bu ilin yanvarında əhalinin əmanətləri 8057,9 milyon manat olduğu halda, avqustun 1-də bu məbləğ daha 6,5 faiz artaraq 8580 milyon manata çatmışdır. Bu ilin yanvar-iyul aylarında əhalinin manatla tələb olunanadək əmanətləri 52,1 faiz, manatla müddətli əmanətləri 11,6 faiz artmışdır. Əhalinin xarici valyutada tələb olunanadək əmanətləri 10,3 faiz artmış, xarici valyutada müddətli əmanətləri isə 11,3 faiz azalmışdır. Göründüyü kimi, əhalinin manata və banklara etimadı artmaqda davam edir.

Müəllif:Aynur Qəniyeva