31 Oktyabr

Beynəlxalq Valyuta Fondunun Azərbaycan Mərkəzi Bankının ehtiyatları ilə bağlı pronozunu AÇIQLADI

Beynəlxalq Valyuta Fondu (BVF) 2019-2024-cü illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır. 2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $7,01 mlrd. təşkil edəcək.

Cari ilin aprel ayında BVF Mərkəzi Bankın ehtiyatlarının $6 mlrd.-dək artacağını proqnozlaşdırmışdı.

Fondun yenilənmiş proqnozlarına görə, 2020-ci ildə AMB-nin ehtiyatları $7,31 mlrd.-a qədər artacaq (aprel proqnozu - $6,3 mlrd.).

BVF 2021-ci ildə AMB-nin ehtiyatlarının $7,61 mlrd.-dək, 2022-ci ildə $7,91 mlrd.-dək, 2023-cü ildə $8,21 mlrd.-dək, 2024-cü ildə isə $8,51 mlrd.-dək artacağını proqnozlaşdırır.

Beləliklə, 2019-2024-cü illərdə Mərkəzi Bankın ehtiyatları 21,4% artacaq.

Fondun qiymətləndirmələrinə əsasən, AMB-nin ehtiyatları qeyri-neft idxalı xərclərini 2019-cu ilin yekunları üzrə 5,9 ay, 2020-ci ildə 6,3 ay, 2021-ci ildə 6,8 ay, 2022-ci ildə 7,4 ay, 2023-cü ildə 7,8 ay, 2024-cü ildə isə 8,3 ay ərzində ödəmək üçün kifayət edəcək.

30 avqust 2019-cu il tarixinə AMB-nin valyuta ehtiyatları təxminən $6,01 mlrd. təşkil edir.*