Capgemini tərəfindən hazırlanan “World Payment Report-2019” hesabatına görə dünya üzrə nağdsız ödənişlərin sayı 2017-ci ildə 12% artaraq 540 milyarda yaxınlaşıb.Artım faizi Rusiyada 40%, Hindistanda 39%, Çində isə 35% kimi qeyd edilib.Bildirək ki, bu göstərici ABŞ-da 5%, Avropada 6,9% olaraq qalıb.
Ödəniş vasitələri arasında ən sürətli artım 17% ilə debet kartlarında müşahidə olunub. Qeyd edək ki, 2017-ci ildə kredit kartları 11% artım nümayiş etdirib.
Tədqiqat çərçivəsində aparılan sorğuda bankların 63% -i BigTech-in getdikcə daha vacib amilə çevrildiyini düşünür.
Qeyd olunub ki, müştəri gözləntiləri, qaydalarda olan dəyişiklər və artan rəqabət səbəbilə banklar öz iş modellərini yenidən nəzərdən keçirməlidirlər.