31 Oktyabr

Kapital Bank rəsmisi:"Bizim bütün kart istifadəçilərimizin "BirBank"-dan istifadə etməsi əsas hədəflərimizdəndir "

Fins.az xəbər verir ki, "Kapital Bank"-ın marketinq deportamentinin müdiri Günel Fərzəliyeva məlumat verib. O bildirib ki, "Hazırda "BirBank" -ın mobil tətbiqinin yükləmə sayı 800 minə yaxınlaşır.Mobil tətbiqdən istifadəçi sayı 400 min nəfərdən çoxdur. Maliyyə əməliyyatları edən şəxslərin sayı 300 minə yaxındır. Yəni 300 min nəfər şəxs "BirBank"-dan aktiv gündəlik istifadə edir.Məlumdur ki,"BirBank"-ı tək "KapitalBank" istifadəçiləri yox digər bankların müştəriləri də istifadə edir.Ümumi KapitalBank-ın kart istifadəçilərinin sayı 3.5 milyona yaxındır.Bu kartlar arasında maaş kartları,sosial kartlar da var təqaüd kartları var. Bizim bütün kart istifadəçilərimizin "BirBank"-dan istifadə etməsi əsas hədəfimizdəndir"