Mərkəzi banklar tərəfindən 281 pul siyasəti qərarı verilmişdir. Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yayımladığı "Pul Siyasəti İcmalı"-da məlumat verilir. Məlumatda bildilir ki, 2019-cu ilin yanvar iyun ayları ərzində Mərkəzi banklar tərəfindən verilimiş qərarların 51-i azalma, 17-i artım, 213-ü sabit saxlama qərarı olub. Avropa Mərkəzi Bankı xalis aktiv alışlarını dayandırmış və bununla bərabər qeyd etmişdir ki, faiz dərəcəsi artırılmayacaq və ən azı 2019-cu ilin sonuna qədər yumşaq pul siyasəti davam etdiriləcəkdir. Digər İEÖ-dən Yaponiya Mərkəzi Bankı çox aşağı faiz dərəcəsini Yanvar - İyun 2019 dəstəkləyən yumşaq pul siyasəti yürüdəcəyini bəyan etmişdir.
Müəllif:Aynur Qəniyeva