2019- cu fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə problemli kreditləri həll olunmuş vətəndaşların ölkədən çıxışına qoyulan məhtudiyyət götürülüb? Fins.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının Hüquqi məsələlər üzrə Ekspert Qrupunun sədri Qorxmaz Ağayev sözügedən məsləyə aydınlıq gətirərək bildirib ki, "Prezidentin fərmanından sonra problemli kreditlələ bağlı bütün hüquqi prosedurlar istər banklar, istərsə də icra orqanları tərəfindən dayandırldı . Borcların silinmə və restruktizasiya ilə bağlı prosedurlar həyata keçirlməyə başladıqdan sonra hər bir bank məktubları icra orqanlarına göndərirdi. Bu hüquqi cəhətdən prosesin bitməsi üçün həyata keçirlən zərusi tədbirdir. Problemli kredit məbləğinin kompensasiyası və restruktizasiyası.Problemli kreditləri silinən və banka gələrək restruktizasiyaya icazə verilməsinə razılıq verən müştərilərlə müqavilələr bağlanan kimi icra orqanlarından ərizələr geri götürülürdü. Bu fərmanın icrası ilə bağlı hər bir halda müştəri ilə bank arasında bütün münasibətlərə xitam verilirdi. Vətəndaşın banka olan kredit borcunu ödəmədiyi üçün ölkədən çıxışına qoyulan STOP –un götürülməsi birbaşa bankların funksiyasına daxil deyil. STOP- icra orqanları qoyur . İcra orqanları əksər hallarda öz təşəbbüsləri ilə vətəndaşın ölkədən çıxışına “STOP” qoyurlar. “STOP”-un qoyulması məhkəmə qaydasındadır. Ancaq götürülməsi icra məmurunun öz təşəbbüsü ilə həyata keçirilir. Vətəndaş banka olan kredit borcunu ödəmədiyi üçün ölkədən çıxışına qoyulan STOP –u icra məmuru götürməlidir. Bank bu barədə məktub yazsa da, yazmasa da icra məmuru özü Prezidentin fərmanına uyğun olaraq vətəndaşın ölkədən çıxışına tətbiq edilən məhtudiyyəti götürməlidir. Əgər icra məmuru tərəfindən bu həyata keçirilməyibsə, müştəri banka müraciət edərək bankdakı kredit borcunun bağlanması ilə bağlı məktub almalıdır. Prezidentin fərmanın tətbiq dairəsinə aid edilən bütün borclu vətəndaşlar barədə bank avtomatik olaraq icra orqanına məktub göndərir.İcra orqanı isə öz növbəsində vətəndaşın banka olan kredit borcunu ödəmədiyi üçün ölkədən çıxışına qoyulan STOP –u götürməlidir.Prezidentin fərmanının tətbiq dairəsinə düşən və ölkədən çıxışına STOP qoyulan bütün vətəndaşların ölkədən çıxış qadağasının ləğvi ilə bağlı bildirmək istərdim ki, hansısa bankda qala bilər, hansısa götürülməz.”
Müəllif:Aynur Qəniyeva